
Dəqiqəyə 70 min dollar qazanc - Dünyanın ən zəngin ailələri
Sam Valton 1962-ci ildə ABŞ-ın Missisipi hövzəsində kiçik bir kənddə qurduğu müxtəlif çeşidli mal satılan dükanı ilə bu gün dünyanın ən zəngin ailəsinin təməlini qoyub.
Lent.az "Reuters"ə istinadla xəbər verir ki, dünyanın zəngin ailələri sırasında birinci yerdə qərarlaşan "Walmart" pərakəndə satış mərkəzlərinin sahibi Valton ailəsi hər saat 4 milyon, hər dəqiqədə isə 70 min dollar qazanır.
Ailə keçən il gəlirlərini 39 milyard artıraraq, 191 milyarda çatdırıb.
İkinci yerdə olan "Mars" ailəsi ötən il sərvətlərini 37 milyard artıraraq, 127 milyarda, üçüncü yerdəki "Koch" ailəsi isə 125 milyardlıq sərvətlərinə 26 milyard da əlavə ediblər.
Bəs bu pullar necə qazanılır? Bunlar satışlardan gələn gəlirlər deyil. 39 milyard dollarlıq gəlir "Walmart" hissələrinin bazarlardakı artımından qaynaqlanır. Bu pulu 365 günə və 24 saata bölürlər. Yoxsa ki, hər saat 4 milyon dollar nağd olaraq axıb gəlmir.
Oxşar yazılar

"Bitcoin"in məzənnəsində yeni rekord
14 iyul 2025 , 07:46
Dünyanın ilk uçan yarış avtomobili təqdim olundu
14 iyul 2025 , 04:25
ABŞ-da kilsədə ATIŞMA: ölənlər var
14 iyul 2025 , 03:07
Rusiyada 31 nəfər xlordan zəhərləndi
13 iyul 2025 , 22:47
Londonda təyyarə qəzaya uğradı
13 iyul 2025 , 22:16
İspaniyada irqi iğtişaşlar: təqaüdçüyə hücumdan sonra küçələri zorakılıq bürüdü
13 iyul 2025 , 15:20
Bəşəriyyət 12 min ildən artıqdır baş verməmiş astronomik hadisə görəcək
13 iyul 2025 , 15:09