Rusiyalı mütəxəssislər Gürcüstana yoxlamaya gəlir
26 fevral 2013 02:54 (UTC +04:00)

Rusiyalı mütəxəssislər Gürcüstana yoxlamaya gəlir

Rusiya istehlak nəzarətinin mütəxəssisləri Gürcüstana səfər edib. Lent.az-ın məlumatına görə, onlar Rusiyaya mal ixrac edəcək, bu ölkənin şərab istehsalı ilə məşğul olan zavodlarında və mineral su qablaşdıran müəssislərində yoxlama aparacaq.

 

Məlumata əsasən, rusiyalı mütəxəssislər Gürcüstanın 40-dan artıq müəssisəsində olacaq.

 

Gürcüstan milli şərab agentliyinin rəhbəri Levan Davitaşvilinin sözlərinə görə, mütəxəssislər fevralın 26-da işə başlayacaq: «Onlar 45 müəssisədə yoxalam aparacaq. Bu Rusiya bazarlarına məhsul göndərmək istəyən müəssislərin bir hissəsidir».

 

Qeyd edək ki,2008-ci ildə Moskva ilə Tiflis arasında vəziyyət gərginləşəndən sonra Gürcüstandan Rusiyaya çaxır və mineral su ixracı da dayandırılıb.

 

Fevralın əvvəlində Rusiyanın baş sanitar həkimi Gennadi Onişeknko  bu yasağın cari ilin yazında götürüləcəyini söyləmişdi. 

# 575
avatar

Oxşar yazılar