Rusiyalı hərbçilər ermənilərə tank sürməyi öyrədir
26 fevral 2013 04:58 (UTC +04:00)

Rusiyalı hərbçilər ermənilərə tank sürməyi öyrədir

Rusiya Ermənistandakı hərbi bazasında təlim-tədris məşqləri keçirir.

Lent.az-nı «Novosti-Armenii»-yə istinadən məlumatına görə, fevralın 25-də «Alagəz» təlim bazasında tank takımlarının döyüş taktikalarının təliminə başlanılıb.

Rusiyalı təlimçiləri ermənilər dağlıq ərazilərdəki dolanbaclarda bu döyüş maşınının idarə edilməsini öyrədir.

«E-72B» tanklarında keçirilən təlimlərdə hərəkətdə olan hədəfin vurulması və s. bu sayaq tapşırıqların icrası öyrədilir.

 

Təlimə 50 zirehli texnika və 200 –ə yaxın şəxsi heyət cəlb edilib.

 

# 1107
avatar

Oxşar yazılar