Rusiya Ukraynanın kartofuna sanksiya qoyub
06 iyun 2014 06:12 (UTC +04:00)

Rusiya Ukraynanın kartofuna sanksiya qoyub

0

Rusiya Kənd Təsərrüfatı Nəzarəti Təşkilatı Ukraynadan federasiyaya kartof ixracatına müvəqqəti olaraq, qadağa qoyub.

 

Lent.az-ın “RBK”-ya istinadən məlumatına görə, məhdudiyyət haqda qərar  2014-cü il iyunun 16-dan qüvvəyə minəcək.

 

Məlumata əsasən, Rusiya tərəfi Ukrayna kartofuna davamlı olaraq, karantin tətbiq edir. Bu dəfə ki yasaq bu ölkənin kartofunda qızılı nematod xəstəliyinin “aşkarlanması” ilə əlaqədardır.

 

 

Mənbə xatırladıb ki, iyunun 3-dən qurum Ukraynada istehsal olunan quru südün yoxlanılması rejimini sərtləşdirib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 782

Oxşar yazılar