Rusiya Türkiyədən ixrac etdiyi 18 ton çiyələyin ölkəyə daxil olmasına icazə verməyib.
Lent.az-ın Türkiyə NTV-sinə istinadən məlumatına görə, Rusiya Federal Bitki Mühafizə və Karantin xidmətinin mətbuat katibi Aleksey Aleksenko bildirib ki, Ukraynanın sərhədindəki Bryansk Novıy Yurkoviç sərhəd–keçid məntəqəsindən gələn 18 ton çiyələk yoxlanıldıqdan sonra «onun sağlamlığa ziyanlı olduğun və bu üzdən ölkəyə» buraxılmayıb.
O, deyib : «Laboratoriyada aparılan araşdırma zamanı çiyələkdə təhlükəli həşərat sayılan Qərb çiçəyi güvəsi tapılıb. Ona görə də məhsulun Türkiyə qaytarılmasına qərar verdik».