Rusiya FHN təyyarəsi Suriyadan qayıdıb
20 fevral 2013 02:49 (UTC +04:00)

Rusiya FHN təyyarəsi Suriyadan qayıdıb

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Suriyadan Moskvaya qayıdıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, «İl-62» fevarlın 20-də gecə «Domdedovo» hava limanında yerə enib.

 

Mənbənin bildirdiyinə əsasən, təyyarənin bortunda 99 nəfər olub.

Rusiyalılarla yanaşı Belorus, Ukrayna, Özbəkistan, Qırğızıstan vətəndaşları da Suriyanı həmin təyyarədə tərk ediblər.

 

Bir müddət öncə Rusiya FHN-in «İl-76» və «İl-62» təyyarələri Suriyanın şimalındakı Latakiya şəhərinə 40 ton humanitar yardım gətirib. Yardıma çadır, daşınan elektrostansiya, odeyal, çarpayı, konserv, qənd və başqa ilkin tələbat malları daxil olduğu bildirilib.

# 598
avatar

Oxşar yazılar