Rostovda hərbi təlimdə zabit həlak olub
21 fevral 2013 02:27 (UTC +04:00)

Rostovda hərbi təlimdə zabit həlak olub

Rostov vilayətindəki hərbi poliqonda döyüş təlimi zamanı qumbaranın partlaması nəticəsində bir zabit həlak olub, iki hərbçi yaralanıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Rusiya Müdafiə Nazirliyi mətbuat xidməti bildirib ki, olay qumbaraatanla təlim keçərkən baş verib. Mənbə yaralı hərbçiləri Moskva ətrafında yerləşən Vişnevski adına  klinik hospitala yerləşdirildiyi haqda məlumat yayıb. 

# 444
avatar

Oxşar yazılar