Ramazan Abdulatipov Dərbənddə: ”... utanıram”
20 fevral 2013 16:39 (UTC +04:00)

Ramazan Abdulatipov Dərbənddə: ”... utanıram”

 

Bu gün Dağıstan prezidentinin səlahiyyətlərini icra edən Ramazan Abdulatipov Dərbənddə olub.

 

Lent.az-ın verdiyi məlumata görə, Dərbəndi gəzən Ramazan Abdulatipov şəhərin sel basan hissəsinin hələ də dağıntı və palçıqdan təmizlənməməsinə əsəbiləşib.

 

Ramazan Abdulatipov şəhər sakinləri qarşısında Dərbənd şəhərinin meri İmam Yarəliyevi danlayıb. Eləcə də Dərbənd rayon Administrasiyasının başçısı Qurban Qurbanovu sərt tənqid edib.

 

Qeyd edək ki, hər il Dağıstana Rusiya federal dövlət büdcəsindən külli-miqdarda dotasiya ayrılır. Dərbənddə dövlət məmurlarının və ictimai fəalların iştirak ilə iclas keçirən Ramazan Abdulatipov deyib ki, Dağıstan dotasiya hesabına yaşadığı üçün Moskvada Rusiyanın əyalətlərindən gəlmiş rəsmilərlə görüşəndə utanc hissi keçirir. “ Utandığımdan Ryazandan, Voronejdən, Sibirdən gələn rəsmilərin üzünə baxa bilmirəm. Çünki onların federal büdcəyə ödədiyi puldan Dağıstana dotasiya ayrılır”- deyə, o bildirib.  

# 2905
avatar

Oxşar yazılar