Portuqaliyada yarım milyonluq saxta pul ələ keçirilib
21 fevral 2013 06:50 (UTC +04:00)

Portuqaliyada yarım milyonluq saxta pul ələ keçirilib

Portuqaliya hakimiyyəti ölkə tarixində ilk dəfə külli miqdarda saxta, 380 min avro (500 min dollar) pul ələ keçirildiyi haqda açıqlama verib.

 

Lent.az-ın «BBC» -yə istinadən məlumatına görə, qəlp əskinaslar ölkənin şimalında ,Portuda keçirilən əməliyyat nəticəsində müsadirə olunub.

 

Mənbə xatırladıb ki, bu cai ay  Portuda keçirilən ikinci əməliyyatdır.

 

Polislərin qənaətincə, avronun beynəlxalq valyuta kimi gücləndiyinə görə, o, saxta pul hazırlayanlar üçün daha cəlbedici olur. 

# 528
avatar

Oxşar yazılar