Pentaqonun büdcəsi 50 milyard azala bilər
21 fevral 2013 07:29 (UTC +04:00)

Pentaqonun büdcəsi 50 milyard azala bilər

ABŞ-ın getməkdə olan müdafiə naziri Leon Panetta bildirib ki, əgər Konqres fevralın sonunadək büdcədəki defisitlə bağlı razılığa gəlməzsə, o zaman Pentaqonda çalışan yüz minlərlə mülki əməkdaş məzuniyyət haqqı ödənilmədən işdən azad edilə bilər.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Panettanın açıqlamasına əsasən, bu halda martın birində Pentaqonun büdcəsi özü-özlüyündə 50 milyard dollar həcmində azalacaq.

 

Bu hərbçilərin maliyyə təminatına toxunmasa da, Panetta qeyd edib ki,onların hərbi xidmətdəki fəaliyyətinə mənfi təsir göstərəcək.

# 392
avatar

Oxşar yazılar