Pasxaya görə Misirdə seçkilərin tarixi dəyişib
24 fevral 2013 04:17 (UTC +04:00)

Pasxaya görə Misirdə seçkilərin tarixi dəyişib

0

Misirdə parlament seçkilərinin keçirilmə tarixi dəyişdirilib. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, əvvəllər bu siyasi kampaniyanın birinci günü aprelin 28-ə təyin edilmişdi.

 

Misir prezidenti Məhəmməd Mursi bu tarixi aprelin 22-ə ertələyib.

 

Prezidentin bu haqda açıqlamasında bildirilib ki, həmin gün ölkədəki xristian-koptların dini bayramına, Pasxaya düşdüyündən onların xahişi ilə bu dəyişiklik edilib.

 

Ölkədəki bütün seçki məntəqələrini əhatə etmək üçün müşahidəçi çatışmır. Ona görə də bu siyasi kampaniyanın neçə mərhələdə keçiriləcəyi ehtimal olunur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 551

Oxşar yazılar