Parlament İvanişivlinin 10 yeni səfirini təsdiqləyib
21 fevral 2013 00:48 (UTC +04:00)

Parlament İvanişivlinin 10 yeni səfirini təsdiqləyib

Gürcüstan parlamenti plenar iclasda 10 ölkəyə göndəriləcək yeni səfirlərin namizədliyini təsdiqləyib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, təsdiq olunmamışdan əvvəl səfir vəzifəsinə irəli sürülən namizədlər deputatlar qarşısında özlərinin fəaliyyət proqramları barədə çıxış ediblər.

 

Səfir vəzifəsinə namizədlərin sözlərinə görə, onların gələcək planlarında Gürcüstanın avro-atlantik məkanına inteqrasiya və hansı ölkədə Gürcüstanı təmsil edirlərsə, həmin ölkə ilə ikitərəfli münasibətlərin yaxşılaşdırılması prioritet məqamlar olacaq.

 

Gürcüstan parlamentinin plenar iclasında Fransa, BMT, Almaniya, Çin, Ukrayna, Macarıstan, ABŞ, Latviya, İtaliya, Çexiya ölkələrində çalışacaq yeni səfirlər təyin olunub və parlament onların namizədliyini təsdiq edib. Gürcüstanın NATO-dakı nümayəndəsi Qeqa Mqaloblişvili öz vəzifəsində qalır.Gürcüstanın NATO-dakı nümayəndəsi Qeqa Mqaloblişvili öz vəzifəsində qalır.

 

# 416
avatar

Oxşar yazılar