Pakistanda həlak olanların dəfninə yaxınları razılıq verib
20 fevral 2013 03:51 (UTC +04:00)

Pakistanda həlak olanların dəfninə yaxınları razılıq verib

Pakistanın Bəlucistan əyaləti Kvetta rayonunda baş vermiş partlayış nəticəsində həlak olanların ailə üzvləri etiraz aksiyasını dayandıraraq, yaxınlarının dəfn edilməsinə razılıq veriblər.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, həlak olanların çoxu xəzərilərdir.

 

Fevralın 17-də bazarda baş vermiş sözügedən partlayış nəticəsində 90-dan çox dinc sakin həlak olmuşdu.Hakimiyyət  bu hdisədə şübhəli bilinən 171 nəfəri həbs etdiyini bildirmişdi.

 

Bu ilk olay deyil.Yanvarda həmin şəhərdəki bilyard klubunda baş vermiş partlayışda isə 92 nəfər həlak olmuş,120-dən çox dinc sakin yaralanmışdı.

 

# 624
avatar

Oxşar yazılar