Pakistanda atışma : 130 nəfər həlak olub
09 aprel 2013 04:08 (UTC +04:00)

Pakistanda atışma : 130 nəfər həlak olub

Pakistanın şimal-qərbində, Tirah düzənliyində hərbçilərlə yaraqlılar arasında silahlı qarşıdurma baş verib

 

Lent.az-ın məlumatına görə, İslamabad rəsmiləri bildirib ki, atışma nəticəsində yüz nəfər yaraqlı, 30 əsgər həlak olub.

 

Yerli hakimiyyət təmsilçiləri deyib ki, əvvəllər talibanın nəzarəti altında olan bölgə aprelin 5-dən etibarən dövlətin əlindədir.

Son həftələrdə yaraqlı qruplar arasında baş verən qarşıdurma həmin ərazidəki 40 min sakinin evini tərk etməsinə səbəb olub.

 

Tirah düzənliyi yarımmuxtar Federal idarəçilik şəklində tayfalar tərəfindən idarə edilir. 

# 607
avatar

Oxşar yazılar