Pakistanın Peşəvar şəhərində seçkiqabağı mitinqdə intiharçı üzərində quraşdırılmış qurğunun partlaması nəticəsində 9 nəfər həlak olub, onlarla insan yaralanıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, partlayış Avami Milli Partiyasının keçirdiyi mitinqdə olub. Bu siyasi təşkilat puştunlar arasında məşhur olmaqla yanaşı, həm də talibanın rəqiblərindən sayılır.
Aprelin 16 –da ölkənin Bəlucistan əyalətinin cənub-qərbində baş vermiş partlayışda Pakistan Müsəlman Liqasının 4 təmsilçisi həlak olmuşdu.
Qeyd edək ki, Pakistanda parlament seçkiləri bu il mayın 11-də keçiriləcək.
«Dövlətə xəyanətdə» ittiham olunan keçmiş prezident Pərviz Müşərrəfə isə bu siyasi kampaniyaya namizəd kimi qatılmaq yasaqlanıb.