Özbəkistan Tacikistandan BMT-yə şikayət edib
11 iyun 2013 03:29 (UTC +04:00)

Özbəkistan Tacikistandan BMT-yə şikayət edib

0

Özbəkistan hakimiyyət Tacikistanın Alüminium («Talko») şirkətindən BMT-yə şikayət edib.

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, şikayətdə bu şirkətin fəaliyyətinin ətraf mühitə və Özbəkistan vətəndaşlarının sağlığına ziyan vurduğu bildirilib.

«Talko» Özbəkistanla Tacikistan sərhədi yaxınlığında yerləşir. Bu müəssisənin fəaliyyəti nəticəsində Özbəkistanın Surxandərya əyalətinin şimalındakı ətraf mühiti çirkləndirir. Bu bölgədə isə 1,1 milyon insan yaşayır.

BMT-yə müraciəti 757 min nəfər imzalayıb. Sənəddə qeyd edilib ki, müəssisə 55 faiz gücü ilə işləyir: «Təmizləmə sistemi pis işlədiyindən ətrafa böyük miqdarda zəhərli maddə buraxır. Flor hidrogen birləşməsi normanı aşıb, atmosferə karbon qazı, azot, kükürd, karbohidrohen və başqa çirkləndirici maddələr buraxılır».

Sənəddə «Talko»-nun tezliklə bağlanması, eləcə də dəyən ziyanın müəssisə tərəfindən ödənilməsi tələb olunur.

Tacikistan tərəfi isə iddiaları rədd  edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 680

Oxşar yazılar