Nigerdə 21 məmur tibbi peyvənd ianəsini mənimsəyib
26 fevral 2013 05:53 (UTC +04:00)

Nigerdə 21 məmur tibbi peyvənd ianəsini mənimsəyib

Niger hakimiyyətində Səhiyyə Nazirliyinin 21 məmuru ümumi tibbi peyvənd üçün verilmiş 2 milyon dollar ianəni mənimsəməkdə ittiham olunur.

 

Lent.az-ın «Frans Press»-ə istinadən məlumatına görə, nazirliyin təmsilçisi deyib: «Fevralın 21-dən məhkəmə dinləmələri başlayıb. Şübhəli bilinən 31 nəfərdə 21-i hazırda Kollo şəhərində həbsxanadadır».

 

Yerli KİV bildirib ki, donorlar - Ümumdünya Səhiyyə Təşkilatı, Dünya Bankı,Bill və Melinda Geyts Fondunun polimielit, meningit və qızılca üçün verdiyi 2 milyon dollara yaxın ianəni 2007-ci ildən 2010-cu ilədək müddət ərzində  tibbi peyvənd sahəsinə kuratorluq edən məmurlar mənimsəyib. 

# 444
avatar

Oxşar yazılar