Nəticəsiz danışıq, yayda hücum ehtimalı
28 fevral 2013 05:00 (UTC +04:00)

Nəticəsiz danışıq, yayda hücum ehtimalı

İranın atom-nüvə proqramı ilə bağlı daha bir müzakirə sonucsuz başa çatıb.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, anla ABŞ, Britaniya, Fransa, Rusiya, Çin və Almaniyadan ibarət «altılıq» adlı beynəlxalq vasitəçilərin  fevralın 26 - 27- də Almatıda keçirilən ikigünlük toplantı yekun sənəd qəbul etməyib.

İran nümayəndə heyətinin rəhbəri Səid Cəlili isə müzakirələrin müsbət olduğunu bildirib. Onun sözlərinə əsasən, əks tərəfin «əvvəlki mövqeyində müəyyən qədər yumşalma var».

«Onlar mövqelərini İran mövqeyinə yaxınlaşdırmağa çalışıblar. Bu isə müsbət addımdır. Ancaq tərəflərin ortaq məxrəcə gəlməsinə hələ çox var”.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə fevralın 27-də jurnalistlərə deyib ki, Qərb ölkələri İrana qarşı bəzi sanksiyaların ləğvi qarşılığında İslam Respublikasından Tehran yaxınlığındakı “Fordu” nüvə obyektində uranı 20 faiz həddində zənginləşdirməyi dayandırmasını istəyib.

Qazaxıstan görüşündə  tərəflər danışıqları davam etdirmək haqda razılığa gəlib. Əldə edilən razılığa əsasən, ekspertlər səviyyəsində martın 17 və 18-də İstanbulda görüş keçiriləcək, bunun ardından isə apreldə tərəflərin yenidən Almatıya yığışacağı planlaşdırılıb.

Qeyd edək ki, danışıqların nəticəsiz başa çatması İranın bombalanması ilə bağlı ehtimalları yenidən gündəliyi gəlməsinə səbəb olub.

İsrail KİV-i yazıb ki, ABŞ prezidenti Barak Obama bu ilin yayında İrana hücumun başlayacağını istisna etməyib. Mənbənin bildirdiyinə əsasən, bu aksiyanın detalları ABŞ lideri yəhudi dövlətinə səfəri zamanı baş nazir Binyamin Netanyahu ilə müzakirə edəcək.

# 1400
avatar

Oxşar yazılar