Narkobaronun bank hesabına həbs qoyulub
10 aprel 2013 06:09 (UTC +04:00)

Narkobaronun bank hesabına həbs qoyulub

ABŞ xəzinədarlığı Meksikanın nüfuzlu narkokartellərini kokainlə təmin etmiş, Honduras cinayətkar aləminin ehtimal olunan lider Xose Migel Andal Peresə məxsus bütün bank hesablarına həbs qoyub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, «qozbel Andal» kimi də tanınır. Ailəsi ilə birlikdə onun ABŞ şirkətlərinə və banklarına aksiyaları buraxılmayacaq.

 

Xəzinədarlıq təmsilçisi Peresi Kolumbiya və Venesueladan narkotik maddələrin nəql olunmasında ittiham edib.

 

Mütəxəssislər qeyd edib ki, son zamanlar kokainin böyük bir hissəsi meksikalı istehlakçı və quldur dəstələrinə  yetişməzdən öncə, Cənubi Amerikadan Panama bərzəyini keçərək, ABŞ gətirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 723

Oxşar yazılar