Mumbayda bina uçub: 20 nəfər dağıntı altındadır
11 iyun 2013 05:13 (UTC +04:00)

Mumbayda bina uçub: 20 nəfər dağıntı altındadır

0

Hindistanın Mumbay şəhərində 4 mərtəbəli yaşayış binasının bir hissəsi  uçub.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, dağıntılar altında 20 yaxın sakin qalıb. Olay yerində axtarış-xilasetmə işləri aparılsa da, güclü leysan bunu əngəlləyir.

 

Binanın uçmasına səbəb kimi hava şəraiti göstərilir. Məlumata əsasən, hazırda Hindistanın qərb sahilində, o cümlədən Mumbayda yağış mövsümüdür.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 472

Oxşar yazılar