Rusiya Marqaret Tetçeri dəfnində rəsmi təmsil olunmayacaq.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, Rusiya prezidentinin mətbuat katibi Dmitri Paşkov bu haqda açıqlama verib.
Kreml təmsilçisi buna səbəb kimi mərasimin dövlət səviyyəsində keçirilməməsi göstərib.
Xatırladaq ki, Marqaret Teterçer aprelin 8-də 87 yaşında vəfat edib.
O, aprelin 17-də dəfn ediləcək.
Məlumatlara görə, o, özü dəfn mərasiminin dövlət səviyyəsində keçirilməməsini vəsiyyət edib.
Kraliça Yelizavet və kral ailəsi də dəfndə iştirak edəcəyi bildirib.