Misirdə saqqalı polislər işə qayıdır
21 fevral 2013 00:28 (UTC +04:00)

Misirdə saqqalı polislər işə qayıdır

Misirdə işdən çıxarılmış saqqalı polislərin hüquq-mühafizə orqanlarında xidmətə qayıtmasına icazə verilib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, Misir Ərəbi Respublikasının Ali Məhkəməsi fevralın 20-də bu haqda qərar qəbul edib. Məhkəmə ölkə Daxili İşlər Nazirliyinin bir müddət öncə məsələ ilə bağlı şikayətini rədd edib.

Nazirlik bir il öncə saqqalı asayiş keşikçilərinə qarşı «savaş» elan etmişdi. Qurum bildirib ki, polisin saqqalı olması nazirliyin nizamnaməsinə ziddidir.

 

Məlumata əsasən, Daxil İşlər Nazirliyi həm də sələfilərin bu sistemə öz iddialarını yeritməsindən ehtiyatlanır.

# 594
avatar

Oxşar yazılar