Misirdə referendum keçirilir - YENİLƏNİB
14 yanvar 2014 13:57 (UTC +04:00)

Misirdə referendum keçirilir - YENİLƏNİB

Misirdə yeni konstitusiya layihəsi ilə bağlı referendum keçirilir.


 

Misirdən kənarda yaşayan ölkə vətəndaşları isə artıq səs veriblər.

 

Misirin Azərbaycandakı səfirliyinin konsulu Hətəm Calalın (Haitham Galal) APA-ya verdiyi məlumata görə, yanvarın 8-12-də diplomatik nümayəndəlikdə referendumla əlaqədar seçki məntəqəsi yaradılıb.

 

Onun sözlərinə görə, Azərbaycanda 100-dək Misir vətəndaşları yaşayır və onlarda 70 nəfərə yaxını seçki hüququna malikdir. H.Calal bildirib ki, həmin vətəndaşların çoxu seçki məntəqəsinə gələrək öz səslərin veriblər.

 

Qeyd edək ki, Misirdə referendum bu gün və sabah keçiriləcək. Bununla bağlı Misirin şəhərlərində təhlükəsizlik tədbirləri gücləndirilir. “Müsəlman qardaşları” və sabiq prezident Məhəmməd Mursinin tərəfdarları referendumu boykot edirlər. Misirin müvəqqəti prezidenti Adli Mansur isə vətəndaşları səsvermədə fəal iştirak edərək, yeni Konstitusiyaya səs verməyə çağırıb. A.Mansur əlavə edib ki, yeni konstitusiya qəbul edilsə, prezident bir çox səlahiyyətlərə yiyələnəcək. Lakin A.Mansur bununla bağlı konkret heç bir şey deməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 948

Oxşar yazılar