Misir ordusundan əhaliyə sərt xəbərdarlıq
15 avqust 2013 07:24 (UTC +04:00)

Misir ordusundan əhaliyə sərt xəbərdarlıq

Misirdə fövqəladə vəziyyət rejiminin ardınca ölkənin bir sıra əyalətlərində komendant saatı tətbiq edilib.

 

Lent.az-ın Türkiyə informasiya vasitələrinə istinadən məlumatına görə, Misir Silahlı Qüvvələrin sözçüsü polkovnik Əhməd  Məhəmməd yazılı müraciətində bildirib: «Silahlı qüvvələr ölkənin bütün vətəndaşlarına komendant saatının (küçəyə çıxma yasağı-red.) tələlərinə əməl etməyə çağırır. Onun tələblərinə əməl etməyənlərə qarşı sərt hüquqi tədbirlər görüləcək».

 

Açıqlamada göstərilib ki, komendant saatı elan olunan şəhərlərdə yasaq saatlarında insanların və avtomobillərin hərəkət qadağandır. «Hərbçilərə və polislərə verilən təlimatları onlar icra edəcək. Bütün vətəndaşlar ölkənin qorunması, istiqrarın saxlanılması üçün hərbçilərə və polislərə vəzifələrini yerinə yetirməkdə yardımçı olmağa çağırırıq»-deyə, açıqlamada vurğulanıb.

 

Nazirlər kabinetinin sözçüsü Şərif Şevqi isə açıqlamasında bildirib ki, bir ay boyunca yerli vaxtla saat 19-dan 06.00 arasında Qahirə, Giza, İskəndəriyyənin şimalında, Feyyum, Bəni Suveyf, Minya, Asyut, Kına, Sohaın cənubunda,Şimali Sina, Cənubiy Sina, Süveyş, İsmailiyyə və Buhayra şəhərlərində komandant saatı elan edildiyini xatırladıb.

 

Daxili işlər naziri Məhəmməd İbrahim isə ölkədə baş verənlərlə bağlı keçirdiyi mətbuat konfransında etirazçıları suçlayıb. O, olaylar zamanı 43 polisin həlak olduğunu bildirib.

 

Nazir Qahirədəki etirazçıların iki düşərgəsini dağıtdıqlarını və buna bənzər nümayişlərə imkan verməyəcəklərini söyləyib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1101

Oxşar yazılar