Maduronu prezident kimi tanımayan deputata maaş verilməyəcək
26 aprel 2013 22:16 (UTC +04:00)

Maduronu prezident kimi tanımayan deputata maaş verilməyəcək

0

Nikolas Maduronun prezident kimi tanımayanadək Venesuela parlamentinin müxalifət düşərgəsindən olan deputatlarına maaş verilməyəcək.

 

Lentaz-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu haqda Milli Assambleyanın başçısı Diosdado Kabelo açıqlama verib.

 

«Bu məntiqidir. Əgər onlar işləmirsə, məvacibdə almayacaqlar. Mən   ruhlara pul verən deyiləm. Onlar işləmədiyi üçün Nikolas Maduronu da prezident kimi tanımır»- deyə, sədr bildirib.

 

Müxalifətdən olan deputat Karlos Berrisbeytiya bunun «şantaj» adlandıraraq, deyib ki, Kabelonun fəaliyyətinə baxmayaraq, onun həmkarları assambleyanın iclaslarında iştirak edəcəklər : «O, hələ də hərbi taqım komandiri rolunda çıxış etməkdədir».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 770

Oxşar yazılar