Belarus prezidenti Aleksandr Lukaşenko Ukraynanın yeni hakimiyyəti ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, bu haqda o, Rusiya Federasiya Şurasının sədri Valentin Matvienko və Rusiyanın bölgə başçıları ilə görüşdə açıqlama verib.
«Ukraynada yeni prezident seçilib. Biz yeni prezident, yeni hakimiyyətlə əməkdaşlıq edəcəyik. Çünki orada da bizim xalqımız yaşayır. Onlarda bizim kimi mehriban, əməksevər insanlardır. Nə etmək olar onlar belə vəziyyətə düşüb. Əlbəttə biz olanlardan imtina edə bilərik, onda insanlar daha çox əziyyət çəkəcək»-deyə, Belarusun lideri bildirib.
Xatırladaq ki, Ukraynanın yeni prezidenti Pyotr Poroşenkonun andiçmə mərasimi iyunun 7-də keçiriləcək. Aleksandr Lukaşenko bu mərasimə dəvət edilib.