Kazan stadionundan metal oğurlayan azərbaycanlılar tutulub
19 fevral 2013 17:21 (UTC +04:00)

Kazan stadionundan metal oğurlayan azərbaycanlılar tutulub

Rusiyanın Kazan şəhərində 2013-cü il Universiadası üçün tikilən əsas stadionun əslən azərbaycanlı mühafizə rəisi Firsənd Paşayev oğurluq ittihamı ilə həbs olunub. Lent.az-ın məlumatına görə, Paşayevin ötən ilin noyabrında günbəzin qurulması üçün müvəqqəti istifadə olunmuş 7 ton 500 kq metal qurğunu satıbmış.

 

Kazan məhkəməsində müttəhimlər kürsüsünə işsiz həmyerlimiz D.Abbasov və Rusiya vətəndaşı almış soydaşlarımız – F.Paşayev və İ.Səfərov çıxıblar. İstintaq zamanı Paşayev günahsız olduğunu israr edib, Səfərov günahını qismən, Abbasov isə tam boynuna alıb.

Lakin məhkəmədə onlar heç nə oğurlamadıqlarını bildiriblər. Həmyerlilərimizin sözlərinə görə, metallar sökülmə zamanı müvəqqəti qurğuların altında qalıb. İttiham aktında bildirilir ki, stadionun mühafizə rəisi yüklənib aparılmış metala görə, 10 min rubl alıb. Zərərçəkən tərəf – Tatarıstanın Tikinti Nazirliyi isə oğurlanmış metalların dəyərinin bundan 5 dəfə artıq olduğunu iddia edib.

 

Təhqiqatçılara ifadəsində Abbasov deyib ki, stadionun mühafizə rəisi ilə tanış olan həmyerlisi ona metal qırıntılarının yığılmasında köməklik göstərməsini təklif edib. Onlar Paşayevlə maşını 5000 rubla razılaşıblar. Metallar axşam vaxtı 2 maşınla çıxarılıb.

 

# 1215
avatar

Oxşar yazılar