Episentri İranın Pakistanla sərhədi yaxınlığında olan yeraltı təkanlar Pakistanda 34–dək sakinin həlak olması, yüzlərlə evin dağılması ilə nəticələnib.
Əvvəlcə ölənlərin 21 nəfər olduğu bildirilmişdi.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumata görə, bu haqda rəsmi İslamabad açıqlama yayıb.
Xatırladaq ki, zəlzələ Xaş şəhərinin 86 kilometrliyində, əyalətin mərkəzi Zahidan şəhərinin 200 kilometrliyində baş verib. Yeraltı təkanlar İranın Kirman şəhərində, eləcə də Ərəbistan yarımadasından Hindistana qədər bütün Cənub-Qərbi Asiyada hiss olunub.
Güclü zəlzələnin yerin 15 kilometr dərinliyində baş verdiyi bildirilir.
Hər hansı dağıntılar və insan tələfatı haqqında məlumat yayılmayıb.
İran TV-si əvvəlcə ölkədə həlak olanların sayının 40 nəfər olduğunu bildirsə də, sonradan bu xəbəri təkzib edib. Mənbə onların arasında 5 yaralının da olduğunu bildirib.