Zəlzələ İranın 3 şəhərini dağıdıb - YENİLƏNİB
09 aprel 2013 21:09 (UTC +04:00)

Zəlzələ İranın 3 şəhərini dağıdıb - YENİLƏNİB

İranın cənubunda, Buşəhr əyalətində baş vermiş 6,3 bal gücündə zəlzələ nəticəsində 3 şəhər tamamilə dağılıb.

 

 

Lent.az-ın «RİA Novosti»-iyə istinadən məlumatına görə, təbii fəlakətin episentri Buşəhr şəhərindən 91 km aralı olub. Həmin şəhərdə Atom-Elektrik Stansiyası yerləşir.

 

İranlı seysmoloqlar bildirib ki, yer altı təkanlar Kaki şəhəri yaxınlığında, 10 km dərinlikdə baş verib.

 

«İRNA»  -nın məlumatına görə, Kakinin 10 min əhalisi var. Bundan başqa Hörmüc, Kənqan şəhərləri də dağılıb. Bu rayonların isə 30-40 min nəfər əhalisi var.

 

Xilasetmə xidməti bildirib ki, Hörmüc yaxınlığında 3 min sakini olan iki kənd tamamilə dağılıb.

 

Son məlumatlara əsasən, təbii fəlakət nəticəsində 30 nəfər həlak olub, 800 nəfər isə yaralanıb.Xilasetmə işləri davam edir. Rəsmi mənbələr 30 min insanın evsiz qaldığını bildirir.

****

17.39

İranda güclü zəlzələ baş verib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeraltı təkanlar 6.3 bal gücündə olub.

 

ABŞ Geologiya Araşdırmaları Təşkilatından verilən açıqlamada qeyd olunur ki, zəlzələ nüvə obyektlərin olduğu Buşehr şəhəri yaxınlığında baş verib.

 

 

Yeraltı təkanın insan itkisinə və yaxud dağıntıya səbəb olması barədə hələlik məlumat yoxdur.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3172

Oxşar yazılar