İran ümidini Nigerə bağlayıb
17 aprel 2013 02:35 (UTC +04:00)

İran ümidini Nigerə bağlayıb

İranın atom enerji təşkilatının başçısı Firudin Abbasi-Davani aprelin 16-da bildirib ki, İslam Respublikası uranı 50 faizədək zənginləşdirmək üçün daha bir miqdar urana ehtiyac duyacaq.

 

Lent.az-ın  xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, deyib ki, İran gələcəkdə 50 faizədək zənginləşdirəcək uran sualtı qayıq və gəmilərdə yerləşdirməyi planlaşdırır. 

 

Beynəlxalq ictimaiyyətin təzyiqlərinə baxmayaraq, İran hazırda uranı 20 faizədək zənginləşdirib.

 

Aprelin 16-da isə Mahmud Əhmədinejad Nİgerə səfər edib. Bu ölkə dünyada uran ixracı üzrə liderdir. Niger liderləri bildirib ki, səfər zamanı İran prezidenti Niger liderləri ilə uran  almaq məsələsini də müzakirə edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 685

Oxşar yazılar