İran terrorçu kimi saxlanılanlarla əlaqəsini rədd edib
24 aprel 2013 02:33 (UTC +04:00)

İran terrorçu kimi saxlanılanlarla əlaqəsini rədd edib

0

İran hakimiyyəti Kanadada terror aksiyası hazırlığında şübhəli bilinərək, həbs olunanların rəsmi Tehranla bağlılığını təkzib edib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, kanadalı polislər bildirib ki, qatara basqının «əl-Qaidə»-nin İrandakı özəyinin dəstəyi ilə həyata keçirilməsi planlaşdırılıbmış və saxlanılanlar da İran hakimiyyəti tərəfindən dəstəkləndiklərini təsdiqləyiblər.

 

İslam Respublikasının xarici işlər naziri Ələkbər Salehi saxlanılanların ölkəsi əlaqəsini təkzib edərək, bunun «gülməli» olay kimi dəyərləndirib.

 

Xatırladaq ki, ötən gün Kanada polisi böyük bir terror aksiyasının qarşısını ala bilib.

 

Kanadanın hüquq-mühafizə orqanları bildirib ki, yaraqlılar Nyu-York – Toronto arası işləyən qatara hücum planlaşdırıbmış.

 

Kanada polisi terrorçuluq fəaliyyətində şübhəli bilinən iki nəfər bu iş üzrə saxlayıb.

 

Hücum aksiyasına qarşı əməliyyatda  ABŞ-ın Federal Təhqiqat Bürosu və Daxili Təhlükəsizlik Nazirliyinin əməkdaşları iştirak edib.

 

Məsələ ilə bağlı mətbuat konfransında şübhəlilərin adları da açıqlanıb. Şübhəlilər 30 yaşlı Hineb Əhsəngər və 35 yaşlı Raid Casərdir.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 470

Oxşar yazılar