İran İslam Respublikasının sonu gəldi?
28 fevral 2013 07:50 (UTC +04:00)

İran İslam Respublikasının sonu gəldi?

Bölgədə baş verənlər fonunda ehtimal etmək olar ki,  Tehran hakimiyyəti də ona verilən möhlətin başa çatacağının istisna etmir.

 

Lent.az-ın «Habertürk»-ə istinadən məlumatına görə, İran prezidenti Mahmud Əhmədinejad ölkəni idarə edənləri dəyişmək istədiyini söyləyib.

 

Bir çox mütəxəssis bunu ölkə prezidenti Mahmud Əhmədinejadın İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamneyiyə qarşı «savaş açması»  kimi dəyərləndirib.

 

«The Times» qəzetinin yazdığına əsasən, o, bildirib ki, sağ əli sayılan, qohumu İsfəndiyar Rəhimi-Məşainin prezidentliyə namizədliyi qeydə alınmaycağı təqdirdə ayətullah Xamneyinin nəzarəti altında olan İnqilab Şurasına seçkiləri gerçəkləşdirməyəcək.

 

Onlar Xamneyiyə qarşı güc mücadiləsində Əhmədinejad və Məşai onun siyasətdəki və dövlətin idarə edilməsindəki təsirini azaltmaq üçün İranın Anan Yasasını dəyişdirəcəkləri planlarını açıq-aşkar bəyan ediblər. Toplantıda Məşai  «məscidin dövlətdən ayrılmasını» dəstəklədiyini bildirib. 

# 2917
avatar

Oxşar yazılar