İranlı sərhədçilər Türkiyə ilə sərhədi pozaraq, İslam Respublikasına daxil olan iki nəfərə atəş açıblar.
Lent.az-ın Türkiyədə çıxan «Hüriyyət» qəzetinə istinadən məlumatına görə, onlar - 36 yaşlı Türkiyə vətəndaşı Arif Noan və 50 yaşlı zəki Yalçınqayadır.
Mənbənin bildirdiyinə əsasən, sərhəd pozucuları İrandan Türkiyəyə qaçaqmal yolu ilə yanacaq keçirmək istəyib. Sərhədçilər onları görən kimi atəş tutub. Arif Noan yerindəcə keçinib, Zəki Yalçınqaya isə yaralanıb.
Həmsərhəd şəhəri, Özalpın valisi Murad Durmaz bildirib ki, Türkiyə hakimiyyətini İran tərəfin sərhədi pozanlara qarşı belə davranışına münasibət bildirməyə çağırıb. Onun sözlərinə görə, bu hallarda ölən Türkiyə vətəndaşıdır.