Gürcüstanda birinci Respublikanın işğal günü  qeyd edilib
25 fevral 2013 21:29 (UTC +04:00)

Gürcüstanda birinci Respublikanın işğal günü  qeyd edilib

Bu gün Gürcüstanda “25 fevral - birinci Gürcüstan Demokratik Respublikasının İşğal Günü” qeyd edilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflisin bir sıra küçə və prospektlərində tədbirlə bağlı yürüşlər təşkil olunub.

 

APA-nın məlumatına görə, baş nazir, parlamentin sədri, hökumət rəsmiləri və qanunvericilik üzvləri Gürcüstanın işğal günü qurbanlarının xatirəsinə hörmət olaraq, Tiflisdəki  xatirə memorial abidəsi önünə əklil qoyublar.


Sonra Tiflis ali hərbi məktəbin müdavimləri ilə görüş keçirilib. Tədbirdə baş nazir Bidzina İvanişvili, parlament sədri David Usubaşvili, daxili işlər naziri İrakli Qaribaşvili, maliyyə naziri Nodar Xaduri və digər rəsmi çıxış ediblər.

 

Xatırladaq ki, 1921-ci il fevralın 11-də gürcü ordusu və XI Qızıl Ordu qüvvələri arasında Tiflis yaxınlığındakı Qocor və Tabaxmela kəndlərində şiddətli döyüş baş verib. Döyüşdə 510 nəfər müdavim və Milli Qvardiya döyüşçüləri 4 top və 6 pulemyot ilə müqavimət göstərərək, rus qoşunlarının qarşısını alıblar.  Fevralın 24-də yenidən güclənərək, Tiflisə yaxınlaşan XI Qızıl Ordu Tiflisi işğal edib. Qərb ölkələri yeni yaradılan Gürcüstan Demokratik Respublikasına kömək göndərməyib. Yeni hökumət həmin gün ölkəni tərk edərək, mühacirətə köçüb.

 

# 557
avatar

Oxşar yazılar