Fransız fotoqraf  Əfqanıstanda əsirlikdən qaçıb
09 aprel 2013 05:36 (UTC +04:00)

Fransız fotoqraf  Əfqanıstanda əsirlikdən qaçıb

Ötən ilin noyabrında Kabulda peşə fəaliyyətini icra edərkən, oğurlanmış fransız fotoqraf Pyer Borqi əsirlikdən qaça bilib.

 

Lent.az-ın «BBC»-ə istinadən məlumatına görə, bu haqda Əfqanıstan hakimiyyəti rəsmi bəyanat verib.

 

Fransanın Kabuldakı səfirliyi də fotoqrafın azadlıqda olması xəbərini təsdiqləyib.

 

Borqini oğurlayanlar hələ müəyyənləşdirilməsə də, adam qaçırılmasının ilk hadisə olmadığı da məlumdur.

 

Mənbənin xatırlamasına əsasən, ötən ilin iyununda  xeyriyyə təşkilatının 4 işçisi Əfqanıstanın şimalında yaraqlılar tərəfindən oğurlanmışdı. Olaydan bir müddət sonra onlar koalisiya qüvvələri tərəfindən azad edilmişdi. 

# 701
avatar

Oxşar yazılar