Fransada nazirlər gəlirlərini açıqlamağa məcbur ediləcək
09 aprel 2013 07:06 (UTC +04:00)

Fransada nazirlər gəlirlərini açıqlamağa məcbur ediləcək

Fransa hakimiyyəti bütün nazirləri gəlirləri barəsində açıqlama verməyə məcbur ediləcək.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, prezident Fransua Olland istefa vermiş,  keçmiş büdcə naziri Jer Kaüzak ətrafında yaranmış qalmaqal fonunda bu haqa fərman imzalayıb.

 

Xatırladaq ki, bu günlərdə ölkənin keçmiş büdcə naziri Jer Kaüzak xarici dövlətlər bank hesablarının olmasını etiraf edib.

 

Yerli mətbuat təmsilçilərinin qənaətincə,  keçmiş nazir barəsində yaranmış qalmaqal sosialist hökumətini çətin vəziyyətə sala bilər.

 

Televiziya vasitəsi ilə sonuncu çıxışında prezident J.Kaüzakla bağlı məsələyə də münasibət bildirərək, bir neçə dəfə yumruğunu yelləyib.

 

Vergidən yayınma hallarına qarşı mübarizəni özünün başlıca vəzifələrindən biri elan edən prezident Ollandı və onun sosialist hökumətini tərəfdarları ilə yanaşı əleyhdarları da kəskin tənqid edib. 

# 390
avatar

Oxşar yazılar