Türkiyə səfirini Fələstin muxtariyyətinə göndərib.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, Şakir Özqan Torunlar etimadnaməsini muxtariyyətin başçısı Mahmud Abbasa təqdim edib.
Bununla da o, Fələstin BMT-də müşahidəçi dövlət statusu alandan sonra ilk səfir olub.
Ş.Torunlar 2010cu ildə şərqi Qüdsdə Türkiyənin baş konsulu vəzifəsində çalışıb.
Fələstinin BMT-də statusu dəyişdikdən sonra onun da diplomatik rütbəsi artıb. O, həm də M.Abbasa səfir kimi etimadnaməsini təqdim edən ilk xarici diplomatdır.
«Today's Zaman» qeyd edib ki, 1988-ci ildə, mərhum Yasir Ərəfat Fələstini müstəqil elan edəndə Türkiyə onu tanıyıb. 2005-ci ildən isə rəsmi Ankara Fələstin muxtariyyəti üzrə təmsilçisinin təyin edib.
Onu da xatırladaq ki, bu il mayın sonunda Türkiyənin baş naziri Rəcəb Taip Ərdoğanın Fələstinə səfər edəcəyi gözlənilir.