Ermənistan Milli Konqresi: “Seçkilərin nəticələri dəyişdirilib”
20 fevral 2013 15:15 (UTC +04:00)

Ermənistan Milli Konqresi: “Seçkilərin nəticələri dəyişdirilib”

“Beynəlxalq ictimaiyyətin Ermənistandakı rejimin nazı ilə oynamağı dayandırması zamanıdır”

 

 

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın başçılıq etdiyi Ermənistan Milli Konqresi fevralın 18-də ölkədə keçirilən prezident seçkilərinin növbəti biabırçı seçki olduğunu bəyan edib.

 

Lent.az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan Milli Konqresi 1500 seçki məntəqəsindəki üzvlərinin verdikləri informasiyaya və seçkilərin monitorinqinə əsasən belə nəticəyə gəlib ki, rejim daha böyük saxtakarlıqlara əl atmaq məcburiyyətində qalıb.

 

Bu zaman bütün mexanizmlərdən istifadə edilib. Bura tez yuyulan mürəkkəbdən istifadə, ölkədə hazırda olmayan 700 min vətəndaşın səsindən istifadə, seçicilərin ələ alınması, açıq səsvermə, total qorxutma, seçki komissiyalarının üzvlərinin, jurnalistlərin alınması, səslərin sayılması zamanı dəstə-dəstə bülletenlərin onların arasına atılması daxildir. Beləliklə, seçkinin nəticələri dəyişdirilib.

 

 

Ermənistan Milli Konqresi hesab edir ki, prezident seçkiləri rejimə və şəxsən Serj Sərkisyana ümumxalq nifrətini ortaya qoyub. Eyni zamanda rejimin xalqın ciddi etirazı və beynəlxalq aləmin müvafiq reaksiyası ilə üzləşməyənə qədər seçki saxtakarlığından imtina etmək niyyətində olmadığı üzə çıxıb: “Beynəlxalq ictimaiyyətin Ermənistandakı rejimin nazı ilə oynamağı dayandırması zamanıdır”.

 

# 895
avatar

Oxşar yazılar