Ölkənin şərqində rusyayönlü terrorçulara qarşı Ukrayna silahlı qüvvələri mübarizəni davam etdirir.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, Ukraynanın müvəqqəti daxili işlər naziri Arsen Avakov bildirib ki, istisnasız olaraq Daxili İŞlər Nazirliyinin bütün bölmələri ölkənin cənub-şərqində rusiyayönül separatçılara qarşı xüsusi əməliyyatlarda iştirak edir.
“DİN-in döyüş və patrul taqımları anti-terror əməliyyatında 100 faiz iştirak edir. Bu yalnız zərurət deyil, həm də nazirliyin şəxsi heyətinin peşəkar hazırlığı və vətənsevərlik ruhunun yoxlanılmasıdır. Gerçək təhlükə şəraitində yeni milis yaradılması cəmiyyətin ona etimadının artmasına səbəb olacaq” - deyə, müvəqqəti nazir “Facebook” səhifəsində vurğulayıb.
Bir müddət öncə o, anti-terror əməliyyatında iştirakdan imtina edən milis əməkdaşları işdən azad edilib.