Dağıstanın Buynaksk şəhərində keçirilən əməliyyat zamanı “VAZ-2106” markalı avtomobil saxlanılıb.
Lent.az-ın Dağıstan KİV-ə istinadən verdiyi məlumata görə, 35 yaşlı Buynaksk sakininin taksi kimi istifadə etdiyi avtomobilində iki sərnişin olub.
Onlardan biri avtomobilə baxış zamanı qaçıb. Sərnişinlərdən digəri Azərbaycan vətəndaşı olub və polis şöbəsinə gətirilib. Avtomobilə baxış zamanı arxa oturacaqda içərisində nömrələri silinmiş iki tapança, hər birində 16 güllə olan daraq, qara maska, üzərində ərəb dilində yazı olan lent aşkarlanıb.
Polis əməkdaşları az sonra qaçan sərnişini – 53 yaşlı Kumtorkala rayon sakinini də yaxalayıblar.