Çerçillin təsviri 5 funtluq əskinaslarda olacaq
26 aprel 2013 21:12 (UTC +04:00)

Çerçillin təsviri 5 funtluq əskinaslarda olacaq

0

 

Çerçillin təsviri 5 funtluq əskinaslarda olacaq

Uinston Çerçillin portreti Britaniyanın 5 funt- sterlinqində əks olunacaq.

 

Lent.az-ın məlumatına görə, o, 1940-45 və 1951-55-ci illərdə Britaniyanın baş naziri olub. U.Çerçill yalnız siyasətçi deyil, həm də hərbçi, alim və yazıçı idi. 1953-cü ildə o, ədəbiyyat üzrə Nobel mükafatı alıb.

 

«Yeni əskinaslar üzərində Çerçillin portreti hələ hazırlanır. Onun 2016-cı ildə dövriyyə buraxılacağı gözlənilir. Baş nazirin təsvirin yanında onun məşhur kəlamları da yazılacaq. Çerçill azad dünyanın qəhrəmanı kimi seçilib. O,Britaniyanın əsl lideri, dahi natiq və yazıçıdır» -deyə, İngiltərə Bankının başçısı Mervin Kinq bildirib.

 

Hazırkı 5 funt-sterlinq üzərində vətəndaş cəmiyyətinin fəalı, 19-cu əsrdə həbsxanalarda aparılmış islahatların müəllifi Elizabet Frayın portreti təsvir olunub.

 

10 funtluqda Çarl Darvin, 20-likdə iqtisadçı Adam Smitin, 50-likdə toxuculuqda  buxar maşınlarını tətbiq etmiş Mettyu Boulton və Ceyms Uattın təsvirləri həkk edilib.

 

Bütün əskinasların üz tərəfində kraliça II Yelizavetanın portreti əks etdirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 726

Oxşar yazılar