CAR-da 5 mədənçi güllələnib
19 fevral 2013 01:12 (UTC +04:00)

CAR-da 5 mədənçi güllələnib

Cənubi Afrika Respublikasındakı (CAR) platin mədənində gözətçiləri azı 5 nəfəri güllələyərək, öldürüb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, toqquşma Rustenberq rayonunda fəhlələrin etiraz aksiyası zamanı baş verib.

 

Həmin ərazidəki məndənləri «Anglo American Platinum» şirkəti idarə edilir.

 

Bir müddət öncə, şirkət həmin ərazidə 4 platin mədənini bağlayacağını bildirmişdi. Məlumata əsasən, bu 14 minə yaxın fəhlənin işsız qalmasına səbəb olacaq.

 

Rəsmi olmayan həmkarlar təşkilatının təmsilçiləri etiraz olaraq, şaxtanın ətrafına toplaşıb.

 

Son zamanlar Cənubi Afrika Respublikasında şaxtaçıların çox saylı etiraz aksiyası keçirilib. Bu aksiyalar nəticəsində 50 nəfərə yaxın insan öldürülüb. Ötən ilin avqustunda 34 mədənçi Lonmin mədənində polis tərəfindən güllələnmişdi. 

# 369
avatar

Oxşar yazılar