Bəşər Əsəd ümumi əfv elan etdi
16 aprel 2013 13:48 (UTC +04:00)

Bəşər Əsəd ümumi əfv elan etdi

 

Suriya prezidenti Bəşər Əsəd 16 apreldən əvvəl törədilmiş bütün cinayətlərə görə həbs edilmiş hər kəsi əfv edib. Lent.az-ın “habertürk”ə istinadən verdiyi məlumata görə, Bəşər Əsəd bununla bağlı qanun layihəsini artıq qəbul edib. Əfvlə bağlı layihə 14 maddədən ibarətdir. Burada edam cəzasına və digər ağır cəzalara məhkum edilmiş şəxslərin də azadlığa buraxılması qeyd olunub.

 

Qeyd edək ki, Bəşər Əsəd daha əvvəl keçən ilin 23 oktyabrında da əfv sərəncamı imzalayıb və ümumi əfv elan edib. Əfv olunanlar arasında yeganə olaraq rejimə qarşı döyüşən “terroristlər” yoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1397

Oxşar yazılar