Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsinə mobil telefon aparatı keçirilməsi cəhdinin qarşısı alınıb.

Həbsdəki dayısına telefon gətirən bacıoğlu saxlanıldı
Lent.az-a xidmətdən verilən məlumata görə, Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə) maddəsinə əsasən 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum İsmayılov Fikrət Xəlil oğlu ilə qısamüddətli görüşə gəlmiş bacısı oğlu Goranboy rayon sakini Sadıqov Bilal Sadəddin oğlunun üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan gödəkçənin cibində gizlədilmiş 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 3 ədəd danışıq kartı, 1 ədəd elektrik qidalandırıcısı və 1 ədəd qulaqcıq aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

NASA “super-Yer” planeti kəşf etdi
17 iyul 2025 , 04:11
Azərbaycanlı MMA döyüşçüsü Rusiya vətəndaşlığından çıxarıldı-VİDEO
16 iyul 2025 , 23:17
Əkrəm İmamoğluna hökm oxundu
16 iyul 2025 , 15:02
Küçədə məktəblilərin gözü önündə cinsi əlaqədə oldu, həbs edildi
16 iyul 2025 , 13:23
Pul sayan kassir milyonçu oldu
16 iyul 2025 , 13:08
Qadın keçmiş sevgilisini qaçırıb zorladı
16 iyul 2025 , 11:55
Şahin Şıxlinski barədə cinayət işi açıldı, oğlu saxlanıldı-YENİLƏNİB
16 iyul 2025 , 07:43