Avropa Parlamenti sədrinin müavini Aleksandr Alvaro gecə Almaniyanın qərbində avtomobil qəzasına düşüb. Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, qəza nəticəsində o, ciddi zədə alıb.
Hadisənin baş verməsi səbəbi hələ ki məlum deyil. A.Alvaronun sağlıq durumu ilə bağlı da məlumat verilməyib.
Mənbənin xatırlamasına əsasən, 37 yaşlı A.Alvaro parlamentin «Liberallar Avropa uğrunda və Demokratlar Alyansı» fraksiyasının üzvüdür.