Avropa Birliyinin ali komissarı Ketrin Eşton Tehrana dəvət edilib.
Lent.az-ın İran KİV-ə istinadən məlumatına görə, bunu İran xarici işlər nazirinin müavini Abbas Araqçı deyib. Onun sözlərinə əsasən, İslam Respublikasının xarici işlər naziri Məhəmmədcavad Zəriv Avropa rəsmisini ölkəsinə dəvət etməyi qərara alıb.
Nazir müavini deyib ki, Ketrin Eşton ona uyğun istənilən vaxtda İrana səfər edə bilər.