Arda “Qalatasaray”a qayıdır
02 noyabr 2017 18:48 (UTC +04:00)

Arda “Qalatasaray”a qayıdır

“Barselona”nın yarımmüdafiəçisi Arda Turan klubunu dəyişməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 30 yaşlı futbolçunun yenidən Türkiyəyə dönmək ehtimalı yaranıb.

 

Ernesto Valverdenin gəlişindən sonra, ümumiyyətlə, oyunların iştirak ərizəsinə salınmayan Ardanın sabiq komandası “Qalatasaray”a qayıtmaq şansı yüksək qiymətləndirilir. Avropada daha bir neçə klubun maraq dairəsində olan Türkiyə millisinin kapitanını “cim-bom” qış fasiləsində icarəyə götürmək niyyətindədi.

 

Qeyd edək ki, 2005-2011-ci illərdə “Qalatasaray”ın formasını geyinən Arda Turan “Barselona”ya 2015-ci ildə “Atletiko”dan keçib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar