ABŞ hələ Əfqanıstanda qalacaq
23 fevral 2013 05:05 (UTC +04:00)

ABŞ hələ Əfqanıstanda qalacaq

Pentaqonun mətbuat katibi Corc Litl isə  NATO-nun 2014-cü ildən sonra Əfqanıstanda 12 minədək hərbçi saxlayacağını söyləyib.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ABŞ-ın müdafiə naziri  Panetta alman həmkarının 2014-cü ildən sonra ölkəsinin  Əfqanıstanda 8-12 min nəfər hərbçi saxlayacaqları barədə sözlərini təkzib edib: «Bu məlumat doğru deyil. Biz yalnız Əfqanıstandakı NATO hərbçilərinin taleyi barədə müzakirələr aparmışıq».

 

Litl NATO müdafiə nazirlərinin Əfqanıstanda 8-12 min nəfər hərbçi saxlamaq məsələsini müzakirə etdiklərini,ancaq yekun qərarına qəbul olunmadığını bildirib.

 

Fevralın 22-də  Almaniyanın müdafiə naziri Tomas de Mezyer ABŞ-ın 2014-cü ildən sonra Əfqanıstanda 8-12 min hərbçi saxlamaq niyyətinin olduğunu bəyan edib.

 

Hazırda Əfqanıstanda 66 minədək amerikalı hərbçi var. Fevralın 12-də prezident Barak Obama 2014-cü ilədək Əfqanıstandan 34 min amerikalı hərbçi çıxarcaqlarını vurğulamışdı.

 

# 401
avatar

Oxşar yazılar