ABŞ haker hücumuna qarşı hazırlaşır
21 fevral 2013 07:04 (UTC +04:00)

ABŞ haker hücumuna qarşı hazırlaşır

ABŞ hakimiyyəti haker casusluğuna qarşı mübarizəni başlıca vəzifələrindən biri elan edib.

 

Lent.az-ın məlumatına görə, baş prokuror Erik Xolder bildirib ki, gizli xəbərlərin oğurlanması ABŞ şirkətlərinə on milyardlarla dolara başa gəlir və ölkənin milli təhlükəsizliyini təhdid edir.

 

Ağ evin qənaətincə, kibercinayətlərin başlıca mənbəyi Çindir.

Xatırladaq ki, məsələ ilə bağlı  ABŞ-ın «Mandiant» kompüter təhlükəsizlik xidməti 75 səhifəlik hesabatın açıqlayıb.

Həmin sənəddə bildirilib ki, ABŞ, Britaniya və Kanadanın iri şirkətlərinə ardıcıl haker hücumlarının arxasında Çin xalq Ordusunun №62398 saylı məxfi Şanxay qrupu durur.

Hesabatda gizli hərbi hissənin illər uzunu ardıcıl olaraq, ABŞ-ın çeşidli kompüter şəbəkəsinə girməyə cəhd göstərdiyi vurğulanıb.

Çin hökuməti bu xəbəri təkzib etsə də, Müdafiə Nazirliyi hələ ki məsələyə aydınlıq gətirməyib. 

# 468
avatar

Oxşar yazılar