ABŞ-da tutulan rusiyalı silah alverçisi ilə əlbir imiş
21 fevral 2013 03:11 (UTC +04:00)

ABŞ-da tutulan rusiyalı silah alverçisi ilə əlbir imiş

Nyu-York cənub dairəsinin federal prokurorluğu ABŞ-da həbs cəzası çəkən Rusiya vətəndaşı Konstantin Yaroşenkonun silah alverçisi Viktor Butla əlbir olduğunu bildirib.


Nyu-York məhkəməsi 2011-ci ilin sentyabrında Yaroşenkonu narkotik və silah alveri ittihamı ilə 20 il həbs cəzasına məhkum edib.

Qeyd edək ki, Viktor But hazırda qanunsuz silah alveri ittihamı ilə ABŞ-da 25 illik həbs cəzası çəkir.

Ötən ilin noyabrında Yaroşenkonun adından hökmlə bağlı apellyasiya şikayəti verilib.

Texaslı vəkil Aleksey Tarasov Yaroşenkonun günahını məhkəmənin sübuta yetirə bilmədiyini deyir.

 

«Azadlıq radiosu»

 

# 392
avatar

Oxşar yazılar